Ailəli qadını şantaj edib pulunu alan şəxsə höküm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində qadını şantaj edərək 57 min dollarını ələ keçirməkdə təqsirləndirilən Ramil Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxsə cəza istəyib. Dövlət ittihamçısı R.Muradovun 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi gələn həftə davam etdiriləcək. İttihama görə, bu il yanvarın 30-da Binəqədi rayon Polis İdarəsinə müraciət edən şəxs, mənzilindən 57 min 700 dolların oğurlanması barədə məlumat verib. Məlum olub ki, pul elə həmin şəxsin arvadı tərəfindən götürülüb. Qadın bildirib ki, pulu hissə-hissə Ramil adlı bir nəfərə kömək etmək məqsədi ilə verib. Daha sonra 30 yaşlı paytaxt sakini Ramil Muradov saxlanılıb. R.Muradov həmin pulu qadından aldığını etiraf edib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












