Ailəsini “qırıb-batırıb” meşədə gizlənən şəxs ələ keçdi

Daşkəsəndə ata-anasını ölümcül döyən, həyat yoldaşı ilə 15 yaşlı qızını ölümlə hədələyən kişi həbs olunub. Avtosfer.az xəbər verir ki, bu barədə aznews.az-a sözü gedən rayonun Qabaqtəpə kənd sakinləri məlumat veriblər. Sakinlər Firdovsi Bağırovun hüquq-mühafizə orqanlarına özünün təslim olduğunu deyiblər: "Başqa yol tapmayıb. Bütün polislər onun axtarışına cəlb olunmuşdu. Bundan əlavə hərbçilər də bu işə cəlb olunmuşdu. Firdovsi neçə vaxtdır meşədə yaşayırdı. Baxıb ki, həbs olunacaq, özü gedib təslim olub. Ailəsi də qorxudan evdən getmişdi. Firdovsi onları da öldürəcəyini demişdi. Hətta ailəsi bununla bağlı aidiyyatı qurumlara da məlumat vermişdi. Əgər Firdovsi təslim olmasaydı, Allah bilir neçə adam öldürəcəkdi”. Qeyd edək ki, Firdovsi Bağırov sentyabrın 13-də Daşkəsən rayonunun Tapan kəndində yaşayan ata-anası - İlyas Bağırov və Tamara Bağırovanı küt və kəsici alətlərlə döymüşdü. Onlar çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi. Bundan sonra meşəyə çəkilən Firdovsi Bağırov, həyat yoldaşı və 15 yaşında qızını və oğlunu da öldürəcəyini deyibmiş. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.3-cü maddələri ilə cinayət işi başlanılıb.
Bakı-Moskva qatarı bərpa olunacaq? - AÇIQLAMA
Bakı–Tbilisi qatarında bilet qiymətlərinə hansı tərəf qərar verir? - Ekspert AÇIQLADI
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət CƏDVƏLİ AÇIQLANIB
Ermənistan-Azərbaycan sərhədi nə vaxt açılacaq? - Vaxt bəlli oldu
WUF13-də QHT-lər qarşısında yeni məqsədləri müəyyənləşdirəcək – İB sədri - FOTO
Əsas magistral yollardan biri təmir olundu - SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR - FOTO
Beynəlxalq forum QHT-lər arasında əməkdaşlığın gücləndirəcək – AQİL CAMAL - FOTO
Prezident İlham Əliyevə fəxri doktor adı verildi - FOTO
Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı AÇIQLAMA
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Bakının neft bumu şəhərin quruculuğuna necə təsir edib? - ARAŞDIRMA - FOTO








