"Air France" işçilərinin tətilinə görə 300 mln. avro ziyana düşüb

"Air France" aviaşirkətinin işçilərinin bu ilin fevral ayında etdikləri tətil milli aviadaşıyıcıya 300 mln. avroya başa gəlib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilir. Xatırladaq ki, aviasiya işçiləri inflyasiya ilə əlaqədar əmək haqlarının 6% artırılmasını tələb edirdi. Onlar bu il fevralın 22-də işi 11 gün müddətinə dayandırıblar. Bunu nəzərə alan "Air France" rəhbərliyi tələbin yerinə yetirilməsi üçün aprelin 16-da çoxillik müqaviləyə dair yekun təklif hazırlayıb. Təklif 4 il ərzində əmək haqlarının fərdi yanaşma prinsipi ilə 7%-ə qədər artırılmasını nəzərdə tutur. Lakin işçilərin heç də hamısı bu təkliflə razı deyil. Aprelin 26-da məsələ ilə bağlı məsləhətləşmələr başlayacaq və mayın 4-nə qədər davam edəcək. Həmin gün işçilərin səsverməsinin nəticəsi ictimaiyyətə açıqlanacaq.
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI










