“Airbus” təyyarələrinin proqram təminatındakı problem hələ də qalmaqdadır

“Airbus” şirkəti “A320” təyyarələrinin proqram təminatında aşkar edilən boşluq ilə bağlı dünya üzrə tətbiq edilən genişmiqyaslı xəbərdarlıqdan sonra vəziyyətin sürətlə normallaşdığını bildirib. Bu problemə görə uçuşu həyata keçirilməyən təxminən 6000 mümkün “A320”dən cəmi 100-dən azı hələ də xidmətə qaytarılma mərhələsindədir.
Avtosfer.az xəbər verir ki, Avropa təyyarə istehsalçısı bu təyyarələrin böyük əksəriyyətinin artıq lazımi proqram təminatı modifikasiyasından keçməsi ilə bağlı açıqlama yayıb.
“Airbus” hazırda qalan 100-dən az təyyarənin də tez bir zamanda yenidən uçuşa yararlı vəziyyətə gətirilməsi üçün aviaşirkətlərlə sıx əməkdaşlıq etdiyini qeyd edib.
Xatırladaq ki, cümə günü “Airbus” orta məsafəli “A320” ailəsinə məxsus 6000-dən çox təyyarənin ehtiyat tədbiri olaraq uçuş həyata keçirməməsi ilə bağlı qlobal xəbərdarlıq etmişdi. Səbəb isə uçuş idarəetmə sistemində aşkarlanan proqram təminatı boşluğunun müəyyən hallarda risk yarada bilməsi idi. Bu xəbərdarlıq bir sıra beynəlxalq hava limanlarında reyslərin ləğvi və gecikmələrə səbəb olub, lakin şənbə günündən etibarən vəziyyət sabitlləşməyə başlayıb.
Fransanın nəqliyyat naziri Filipp Tabaro vəziyyətin yaxşılaşdığını təsdiqləyərək bildirib ki, başlanğıcda minə yaxın təyyarənin təsirlənə biləcəyi ehtimal edilirdi: “İndi söhbət cəmi yüzə yaxın təyyarədən gedir”.
“Airbus”un təcili modifikasiya proqramı sayəsində “A320” donanmasının böyük hissəsi yenidən uçuşlara qayıdıb. Qalan az sayda təyyarənin də yaxın günlərdə xidmətə verilməsi gözlənilir, bu da beynəlxalq hava daşımalarında yaranmış qısamüddətli pozuntuların tam aradan qalxması ilə nəticələnəcək./azərtac
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












