“Aİ-92” markalı benzinlə bağlı MÜHÜM AÇIQLAMA

Dövlət Statistika Komitəsinin "Xarici ticarət" bülletenindəki "Ai-92" markalı benzinin ümumi ixrac həcmi və qiymətinə baxdım. Həqiqətən də, ixrac qiymətləri Azərbaycan bazarındakı topdansatış qiymətlərindən belə ucuzdur. Azərbaycanın 8 ayda ümumi dəyəri 4 min 85,18 min dollar olan 6457 ton "Aİ-92" marka benzin ixrac edib. Belə ki, 1 ton benzin 1350 litr edir, bu isə ortalama 632,67 dollar deməkdir. Yəni 1 litr "Aİ-92" benzin 0,47 dollar və ya 80 qəpikdən ixrac edilib”.
Bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
“Niyə belədir? Bu sualın cavabını yalnız onu satan izah edə bilər. Ölkəmizdə yanacağı istehsal edən qurum Heydər Əliyev adına Neft Emalı Zavodudur. Həmin yanacağın satıcısı isə SOCAR Marketinq və İqtisadi Əməliyyatlar İdarəsidir. Yəni kənar müşahidələr hesabına ölkənin rəsmi statistikasında qeyd edilmiş göstəriciləri yalnız satıcı izah edə bilər ki, hansı səbəblərdən məhsulu ölkə daxilində daha baha satmayıb və onu xarici bazara yönəldib. Çünki yenə rəsmi statistikaya görə, cari ilin 8 ayında Azərbaycan 83 min ton "Ai-92" markalı benzinin idxalına 64 mln 395,89 min dollar vəsait xərcləyib. Yəni orta hesabla, "Ai-92" markalı benzinin 1 litrinin xaricdən gətirilməsi ölkəmizə 98 qəpiyə başa gəlib", - o bildirib.
Qeyd: Azərbaycan Türkiyəyə 3 min 65,7 ton "Aİ-92" markalı benzinin 1 litrini 70 qəpikdən, Əfqanıstana 2 min 297,7 ton eyni markalı benzinin 1 litrini 92 qəpikdən, Gürcüstana isə 1 093,6 ton benzinin 1 litrini 95 qəpikdən satıb. Ötən ilin 1 iyul tarixindən etibarən Azərbaycanda "Aİ-92" markalı benzinin topdansatış tarifi 1 litr üçün 98 qəpiyə, pərakəndə satış tarifi isə 1 litr üçün 1 manat 10 qəpiyə qaldırılıb. Tariflərin ölkə daxilində baha, xarici ölkələrdə ucuz olması etirazla qarşılanıb.(demokrat.az)
D-8 Media Mükəmməllik Mərkəzi mühüm platformadır - Hikmət Hacıyev
Vaqif Əsədov: “BYD" seçməyimin əsas səbəbi təhlükəsizlik və müasir texnologiyalardır” - FOTOLAR
“Belə avtomobillə heç yerə getmərəm” - Prezident
Polkovnik "BYD" aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakının simvollarından biri niyə baxımsız qalıb? – Memardan İRAD - FOTO
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO










