Aktau-Bakı aviareysilə gələn Qazaxıstan vətəndaşı saxlanıldı - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələr və psixotrop maddələrin prekursorlarının ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Aktau-Bakı aviareysilə gələn Qazaxıstan vətəndaşının əl yükü rentgen aparatında yoxlanılarkən monitorda çantanın içərisindəki butulkada olan predmetin təsviri şübhə doğurub. Bu səbəbdən vətəndaşa həmin əşyanın təqdim edilməsi təklif olunub. Vətəndaşın çantadan çıxarıb təqdim etdiyi həmin butulkada kalium permanqanat aşkar edilib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar olunan kalium permanqanatın təmiz çəkisi 875 qram təşkil edib. Xatırladaq ki, kalium permanqanat "Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların IV Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır.
Namiq
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA














