Aktau yaxınlığında təyyarə qəzasında yaralanan 3 rusiyalı evə buraxılıb

Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşlarından üçünün vəziyyəti yaxşılaşdığı üçün onlar evə buraxılıblar.
Avtosfer.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov jurnalistlərə açıqlamasında bildirib.
"Aktauda Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanan üç rusiyalının vəziyyəti yaxşılaşdığı üçün onlar xəstəxanalardan buraxılıblar. Qəzada yaralanan daha altı rusiyalının müalicəsi davam edir. Onlardan üçünün vəziyyəti orta ağırdır", - deyə Rusiya səhiyyə nazirinin köməkçisi əlavə edib.
Xatırladaq ki, Qazaxıstanın Aktau şəhərində "Embraer 190" təyyarəsinin qəzaya uğraması nəticəsində yeddi Rusiya vətəndaşı həlak olub. Təyyarə qəzasında doqquz Rusiya vətəndaşı sağ qalıb. Ümumilikdə təyyarədə 16 Rusiya vətəndaşı olub.
(oxu.az)
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO












