Aktyor tərəfindən döyülən direktordan yeni xəbər var

"Hələ ki, istintaq davam edir. İstintaq başa çatdıqdan sonra bu haqda müəyyən fikir söyləyə biləcəyəm". Avtosfer.az bildirir ki, bunu sputnik.az-a açıqlamasında noyabrın 20-də Nizami Rayon Məhkəməsinin qarşısında aktyor Rza Rzayev tərəfindən döyülən 175 nömrəli orta məktəbin direktoru Tural Mirzəliyev deyib. O, baş verən hadisə ilə bağlı son durum haqda da məlumat verib: "Hələ ki, son hadisə ilə bağlı olaraq məhkəməyə müraciət etməmişəm. İstintaqın nəticəsinə əsasən işin məhkəməyə göndərilib-göndərilməməsi bəlli olacaq". "Lakin bu hadisədən öncə, şərəf və ləyaqətin alçaldılması məsələsinə görə məhkəməyə müraciət etmişdim. Hazırda da bu iş məhkəmədə davam edir" - deyə həmsöhbətimiz əlavə edib. T.Mirzəliyev hadisənin baş verməsindən sonrakı dövrü əhatə edən ikitərəfli münasibətlərdən də söz açıb: "Bu müddətdə qarşı tərəflə heç bir danışıq aparılmayıb. Nə mənim, nə də onların tərəfindən danışıqlar üçün təklif irəli sürülüb".
Son günlərdə ona qarşı heç bir hədənin olmadığını deyən direktor səhhəti haqda da danışıb: "Artıq 4 gündür işə də çıxıram. Əsas problem qan təzyiqinin stabil olmamasıdır. Qalan hər şey normaldır".
T.Mirzəliyevin sözlərinə görə, hazırda davam edən ibtidai istintaq 2 həftə sonra yekunlaşacaq.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










