Aktyorla direktor arasındakı insidentlə bağlı cinayət işi başlanıb

Bakıda aktyor Rza Rzayevlə məktəb direktoru Tural Mirzəliyev arasında baş verən insidentlə bağlı cinayət işi başlanıb. Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə “Report”un sorğusuna cavabında bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, hazırda Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir. Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə aktyor Rza Rzayevin 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyevi döyməsinə dair məlumatlar və görüntülər yayılıb. Həmin görüntülər əsasında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb, müvafiq ekspertizalar təyin edilib.
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ












