Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər - SƏBƏB

Son illərdə bir sıra ölkələrdə hərbi xidmət modelinin yenidən nəzərdən keçirilməsi, xidmət müddətinin diferensiallaşdırılması və peşəkar orduya keçid tendensiyası müzakirə mövzusuna çevrilib. Azərbaycanda da bu istiqamətdə ictimai diskussiyalar vaxtaşırı gündəmə gəlir.
Xüsusilə ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin qısaldılması və orta təhsilli çağırışçılar üçün fərqli müddətlərin tətbiqi ideyası cəmiyyətdə tez-tez səsləndirilən təkliflərdəndir.
Təkliflərə görə, ali təhsilli gənclər üçün 6 aylıq, digər çağırışçılar üçün isə 1 illik xidmət modeli həm təhsilin daha effektiv istifadəsinə, həm də ordunun kadr potensialının daha çevik planlanmasına imkan verə bilər.
Lakin bu kimi dəyişikliklərin tətbiqi yalnız sosial və təhsil amilləri ilə deyil, həm də ölkənin müdafiə strategiyası, hərbi hazırlıq standartları və resurs planlaması ilə birbaşa bağlıdır. Ona görə də belə bir modelin mümkünlüyü məsələsi hələ də müzakirə və qiymətləndirmə mərhələsində olan mövzulardan biri kimi qalır.
Mövzu ilə bağlı açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, gələcəkdə ali təhsilli şəxslər üçün hərbi xidmətin müddətinin azaldılması müzakirə oluna bilər:
"Ümumilikdə isə xidmət müddətinin bir ilə qədər azaldılması da praktiki olaraq mümkündür. Lakin indiki şəraitdə bu məsələ hələlik müzakirə olunmur".
Ədalət Verdiyev, hərbi ekspert
Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin mövcud vəziyyətdə, regionda döyüş əməliyyatlarının davam etdiyi bir vaxtda, ordunun komplektləşdirmə faizini aşağı salmaq indiki şəraitdə məqsədəuyğun deyil.
Həmsöhbətimiz sonda qeyd edib ki, mövcud olan hərbi xidmət haqqında qanunun tələblərinə uyğun xidmət müddətləri indiki şərait üçün optimaldır və bu müddətlər özünü kifayət qədər doğruldur./bakivaxti.az
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI












