“Ali və orta ixtisas müəssisələrdində də Rus bölmələri bağlanmalıdır” – TƏHSİL EKSPERTİ - FOTO

Artıq bir neçə gündür ki, ölkənin bütün əhalisini narahat edən bir məsələ var; Rusiyada OMON-çuların həmvətənlərimizə qarşı törətdikləri. Bu fonda Azərbaycanda yaşayan əhalini maraqlandıran bir sıra məsələlər var ki, bunlardan biri də ölkəmizdəki məktəblərdə Rus bölməsinin fəaliyyətini davam etdirməsidir.
Sosial şəbəkələrdə yayılan məlumatlardan sonra Elm və Təhsil Nazirliyi yalnız rəsmi mənbələrə istinad etməyin doğru olduğunu vurğulasa da, sosial düşüncə artıq Rusiyanın heç də lehinə deyil. Əhalinin bir qismi artıq rus və SSRİ təfəkkürünə Azərbaycanda yer olmadığını deyir. Digər bir qism isə Rus dilinin ölkəmizdə bölmə olaraq fəaliyyət göstərməsini təhlükəli hesab etmir. Məsələ televiziya müstəvisində də dəfələrlə müzakirə edilib. Milli Məclisin deputatı Elşad Musyaev ARB-nin efirində deyib ki, Rusiya hökumətinin sifarişi ilə orada yaşayan azərbaycanlılara qarşı edilənlərin fonunda bizim məktəblərdəki Rus bölmələrini bağlamağımız adekvat cavab ola bilər.
Mövzu ilə əlaqədar təhsil eksperti Elçin Əfəndi saytımızıa açıqlamasında deyib ki, Konstitusiyada Azərbaycanda rəsmi olaraq, dövlət dili Azərbaycan dili təsbit olunur:

“Əlbəttə ki, Azərbaycan dili bütün ölkə vətəndaşları üçün birinci növbədə üstünlük verilən dil olmalıdır. Biz dünyanın ən inkişaf etmiş ölkələrinə də baxsaq, inkişaf etməkdə olan ölkələrinə də baxsaq, görərik ki, hər bir ölkədə vahid dil var. Yalnız, istisna hallarda elə ölkələr var ki, məsələn, mən bunu Avstriyaya gətirəcəm, burada həm Avstriya, həm Alman dili tədris olunur və yaxud da bəzi ölkələr var, məsələn, orada ana dili kimi həm Portuqal, həm İspan dili tədris olunur.
Bunlar artıq qəbul olunmuş faktlardır, amma bizim ölkəmizdə isə belə bir fakt yoxdur. Bizim dövlətçilik ənənəmiz, dövlətçilik tariximizin Rusiyadan daha qədim olduğu bəllidir. Yəni, Atropatena, Albaniyada və yaxud da ondan əvvəlki dövrlərdə formalaşan dövlətlərimiz olanda Rusiya adlı dövlət belə olmayıb, hətta formalaşmayıb.
Növbəti məsələyə gəlsək, son 6 əsrdir ki, biz Rusiyanın ikisi bir əyalətdən yavaş-yavaş böyüyərək qəsbkarlıq, işğalçılıq, imperialist maraqlarına görə dəfələrlə, təzyiqlərinə, işğalarına məruz qalmış bir ölkəyik. 1918-ci ildə Şərqdə ilk demokratik respublikanı yaratmışıq və hal-hazırkı müstəqil Azərbaycan da həmin dövlətin varisidir. Azərbaycan Respublikasının hər bir vətəndaşı, əgər Azərbaycan sərhədlərinin içəri daxil olubsa və Azərbaycan qeydiyyatına düşübsə və faktiki Azərbaycanda yaşayırsa, fərqi yoxdur, bu, ukraynalıdır, çexdir, polyakdır, tatardır, türkdür, rusdur və s. həmin şəxsləri hər biri Azərbaycan dilində danışmalıdır, bu dildə danışmağa məcburdur, çünki, bu, Konstitusiyamızın tələbidir”.
Ekspert vurğulayıb ki, digər bir gözdən qaçırmamalı olduğumuz məsələ azsaylı xalqlarla bağlıdır:
“Burada dövlət özünün həmin xalqlara və multikultural dəyərlərə hörmətin göstəricisi kimi onlara öz dillərdinə danışmaq kimi sərbəstəlik verir. Əvvəllər dünyanın bir çox ölkəsində, eləcə də Azərbaycanda məktəblərdə bir neçə dildə bölmələr var idi. Məsələn, gürcü bölməsi, rus bölməsi və s. Lakin müasir dünyada artıq hər bir dövlətin ən ali qanunu hesab edilir. Bu qanunlarına görə hər bir dövlət özünün dövlət dilini təsdiqləyir. Lakin biz görürük ki, Rusiya imperiya dövründən qalma siyasətini davam etdirməyə çalışır və dövlətlərin dil anlayışına müdaxilə edir. Biz bunu Ukraynada da, bir müddət əvvəl Qazaxıstanda yaşanan iğtişaşlarda və iğtişaşlar fonunda hakimiyyət səviyyəsində açıqlamalarda gördük. Rusiya tərəfindən verilən açıqlamalarda bildirildi ki, Qazaxıstanın şimalında rus bölmələri ayrıca fəaliyyət göstərirsə, burada yaşayan insanların təhlükəsizliyi elə Rusiyanın təhlükəsizliyi deməkdir. Bu açıqlamanın özü həmin ölkə üçün birbaşa təhdiddir. Yaxud da Putin açıqlamalarından birində demişdi ki, harada rus əsgəri dayanıbsa, oranı Rusiya torpağı hesab edirik. Bu, çox ciddi təhdid və iddia hesab olunur. Ali Baş Komandan İlham Əliyevin, şəhid və qazilərimizin hesabına biz torpaqlarımızı işğaldan azad etdik və həmin vaxt Rusiya sülhməramlıları həmin ərazilərə gətirildi. Məhz cənab Prezidentin uğurlu siyasəti nəticəsində biz onları ölkədən çıxara bildik.

Qaldı ki, rus bölməsinin fəaliyyəti ilə bağlı, burada artıq rus ideologiyasının təsiri və təbliğatı var. Məsələn, siz həmin məktəblərdə görə bilərsiz. Rusiyanın hansısa bayramı keçiriləndə məktəbdəki həmin rus bölmələri bu bayramı qeyd edir. Yaxud həmin bölmənin şagirdlərinə 9 Mayla əlaqədar “Georgi lenti” taxılır. Bütün bunlar Rusiyanın əlinı işğalçılıq siyasətini həyata keçirmək üçün əsas verir. Dövlətimiz belə təhdidlərin qarşısını almalıdır. Xüsusilə də 2030-cu il üçün nəzərdə tutulan “Milli təhsil” strategiyasında artıq biz məktəblərdəki rus bölmələrini tamamilə ləğv etməliyik. Həmçinin, ali və orta ixtisas təhsil pilləsində Rus bölməsinə qəbul tamamilə yığışdırılmalıdır. Təhsil yalnız Azərbaycan bölməsində aparılmalıdır. Ali və orta ixtisas müəssisələrində Azərbaycan və İngilis bölməsi üzrə təhsil fəaliyyət göstərməlidir. Lakin Rus bölməsi anlayışı qalmamalıdır. Rus dilini öyrənmək üçün Rus bölməsində oxumaq lazım deyil. Kiminsə qarşısını kəsən yoxdur ki. Ölkəmizdə Çin, fransız və başqa xarici dillər tədris edilir. Bu gün bu məsələ gündəmdədir. Hazırkı dövrdə baş verənlər dövlətimizi yaxın gələcəkdə Rus bölməsini ləğv etməsi ilə bağlı qərar vermək yolunda aparmalıdır”.
Səfər
"Jurnalistika və İnkişaf Mərkəzi" layihə ilə bağlı tədbir təşkil etdi - FOTOLAR
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!










