Alimlər qonşu qalaktikada yadplanetli axtarışına çıxdılar

Amerikalı planetoloqlar Dumanlı Andromeda qalaktikasında yadplanetli sivilizasiya axtarışına start veriblər. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, alimlər qalaktikanın ulduzlarındakı süni partlayışları müşahidə edirlər. "Biz ehtimal edirik ki, Kainatda inkişaf səviyyəsinə görə bizdən heç də geri qalmayan sivilizasiyalar var. Onlar bizim həmkarımız Filip Lubin kimi çox güclü lazerlər kəşf ediblər və onun köməyi ilə digər sivilizasiyalara mövcud olduqlarını sübut edirlər. Əgər bu lazer uzun müddət fəaliyyət göstərsə, bizim sistem onu tapacaq", -deyə Kaliforniya universitetinin alimi Endryu Stüart bildirib. Stüart, Lubin və həmkarları axtarışların sərhədini radikal dərəcədə genişləndirməyi təklif edirlər. Onlar qeyd edirlər ki, yadplanetlilərin izini Süd Yolu qalaktikasından başqa, qonşu qalaktikalarda da axtarmaq lazımdır. Alimlər qeyd ediblər ki, axtarışlar radio-dalğalarla yox, optik diapazonda aparılmalıdır. Çünki müəyyən ulduzlardan daxil olan lazer şüası və işıq siqnallarını teleskoplar vasitəsilə daha asan ayırmaq mümkündür. Hazırda Stüart və onun komandası Dumanlı Andromeda planetini müşahidə edir. Bunun üçün isə 30 teleskopdan istifadə edilir. Ehtimal edilir ki, qonşu qalaktikadakı 3 trilyon planetin hansındasa sivilizasiya var.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












