Alimlərdən qorxudan açıqlama: “Leysan və daşqınlar əsri başlayır”

“Nature Communications” jurnalında fiziklərin yeni elmi məqaləsi dərc edilib. Avtosfer.az “ölkə.az”a istinadən xəbər verir ki, alimlərin fikrinə əsasən, planetimizdə orta tempraturun artması güclü leysanlara, daşqınlara səbəb olacaq. “Biz Yer planetində leysan və daşqınların artma səbəbinin fiziki mexanizmini araşdırdıq. Biz bilirdik ki, ekstremal vəziyyət gələcəkdə daha tez-tez təkrarlanacaq və ondan qorunmaq üçün nə etmək lazım olduğunu bilməliyik. Bizim hesablamalar bu cür proqnozları hazırlamağa imkan verir”, - deyə Tszyabo İn bildirib. Qlobal istilərin nəticələrindən biri ekstremal hava şəraitidir. Yəni, qışda anomal istilər, yayda isə soyuq hava nəzərdə tutulur. 2012-ci ildə Krımdakı daşqınlar, 2010-cu ildə Rusiyadakı isti yayı buna misal çəkmək olar. Alimlər bildirirlər ki, gələcəkdə qlobal istilər artacağı üçün bu anomal təbiət hadisələrinin də tezliyi artacaq və daha böyük əraziləri əhatə edəcək. Bu isə ölüm hallarını artıracaq. Yayda istinin bir dərəcə azalması ölənlərin sayını 15 faiz artıracaq. Ötən il avstraliyalı alimlər qeyd etdilər ki, isti hava dalğası meşələrdə yaşayan minlərlə yarasanı məhv etdi. Bu il isə Kaliforniya sahillərində balıqların kütləvi ölümünə səbəb olub.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












