Alimlərdən xəbərdarlıq: “Qrenlandiyada buzlar sürətlə əriyir” - FOTO

Sənaye məhsulları, neft və kömür kimi yanacaq məhsullarının istifadəsindən yaranan karbon dioksit dünya iqliminin gedərək isinməsinə səbəb olur. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, sözügedən hadisə daha çox Qrenlandiyada nəzərə çarpır. Qrenlandiyadakı buz təbəqəsi hər gün daha da əriyir. Alimlər aysberqlərin əriməsinin bütün bəşəriyyət üçün çox vacib nəticələrə səbəb olacağını deyirlər. Əgər buzlar tam ərisə, dünya dənizləri və okeanları 7 metr yüksələcək. Alimlər buz təbəqəsinin əriməsinin 2100-cü ildə dünyadakı dəniz suyu səviyyəsinin 5-10 sm yüksəlməsinə səbəb olacağını, ifrat istilərin isə bu səviyyəni 20 sm artıracağını bildiriblər. Bir neçə il əvvələ qədər isə Qrenlandiyadakı buzların əriyərək parçalara bölünməsinin 1000 il davam edəcəyi bildirilmişdi. Amma son araşdırmalar bildirir ki, aysberqlərin əriməsi ilə adaların yaranması, Grenlandiyanın daha sürətli formada parçalanaraq dünya okeanı və dənizlərində suyun səviyyəsinin artırması daha tez baş verəcək. NASA və Kaliforniya universitetinin tədqiqatçıları yeni xəritələr yayımlayıblar.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
















