Alkoqol və tütün məhsullarının ölkədən çıxarılmasının qarşısı alınıb - FOTO

Alkoqol və tütün məhsullarını qaçaqmal şəklində dövlət sərhədindən keçirilməsi cəhdlərinin qarşısı alınıb. Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, DSX-nın sərhəd nəzarəti orqanlarının gömrük əməkdaşları ilə birgə keçirdikləri tədbirlər nəticəsində Bakı-Türkmənbaşı reysi ilə “Bəxtiyar” gəmisində yola düşən Türkmənistan vətəndaşları - 1982-ci il təvəllüdlü Bullarov Qurhanmuhannedə məxsus “Ford-Tranzit” markalı BT-9388-AG dövlət nömrə nişanlı və 1990-cı il təvəllüdlü Kaderon Beglienə məxsus “Toyota” markalı BG-5081-AG dövlət nömrə nişanlı avtomobillərin salonlarında alkoqol və tütün məhsullarını qaçaqmal şəklində dövlət sərhədindən keçirmək cəhdlərinin qarşısı alınıb. Belə ki, avtomobillərin salonlarında 1524 qutu “Pall Mall”, 490 qutu “Fine”, 800 qutu “Wont”, 10 qutu “Parlament” siqaretləri, 400 ədəd “Mascotte” markalı tütün doldurmaq üçün siqaretlər, 500 qram tütün, 8 ədəd 2,5 litrlik “Georgian ԝine”, 10 ədəd 0,5 litrlik “Rkatsiteli” markalı çaxır, 6 ədəd 1 litrlik adsız suvenir çaxırlar aşkar olunub.
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
















