Allahı söyən dostunu öldürdü, bəraət aldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüqar Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. "Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında V.Həsənovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra məhkəmə hökmü elan edib. Hökmə əsasən, məhkəmə V.Həsənovun qətli özünümüdafiə məqsədi ilə törətdiyi qanetinə gələrək, onun barəsində bəraət hökmü çıxarıb.
O, Cinayət Məcəlləsinin qanunsuz silah saxlama maddəsi ilə günahkar bilinərək 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Bakının Xətai rayonu ərazisində baş verib. Paytaxt sakini, 31 yaşlı Vüqar Əbdülhəmid oğlu Həsənov Günəşli qəsəbəsi, General Mehmandarov küçəsi 20 ünvanında Elşən Məmmədovla mübahisə edib. Mübahisəyə səbəb isə mərhumun Allaha və peyğəmbərə üsyan etməsi olub.
Belə ki, E.Məmmədovun azyaşlı övladı xərçəng xəstəliyindən dünyasını dəyişib. V.Həsənov da dostunun oğlunun yas mərasimi günü orada iştirak edib. E.Məmmədov oğlunun ölməsinə üzüldüyünü deyib və buna görə də Allahı və peyğəmbəri günahkar bilib, üsyan edib.
Daha sonra dostu V.Həsənov Allahı və peyğəmbərə üsyan etdiyi üçün ona etiraz edib. Bundan sonra hər iki şəxs arasında mübahisə yaranıb. Onlar mübahisəni yas mərasimindən kənarda etməyə başlayıblar.
Mübahisə qanlı sonluqla nəticələnib. Onlar əvvəl bir-birilərinə bıçaqla xəsarətlər yetiriblər.
Ağır xəsarət alan V.Həsənov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun bıçaqladığı şəxs isə hadisə yerində dünyasını dəyişib. Əraziyə Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları cəlb olunub, müayinələr aparılıb.
Hər iki şəxs eyni məhəllədə yaşayıb və yaxın dost olublar. Onların hər ikisi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər məhkum ediliblər.
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI










