Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ

Almaniyanın avtomobil nəhəngi “Volkswagen” (VW) bağlanma təhlükəsi ilə üzləşən zavodlarından birini müdafiə sənayesi üçün istifadə etməyi planlaşdırır.
Məlumata görə, şirkət Aşağı Saksoniyada yerləşən “Osnabrück” zavodunu hərbi nəqliyyat vasitələrinin istehsalı mərkəzinə çevirməyi nəzərdən keçirir. Bu addım zavodun bağlanması riskini azaltmaq və təxminən 2300 iş yerini qorumaq məqsədi daşıyır.
Qeyd olunur ki, zavodda əvvəllər istehsal olunan “Porsche 718 Cayman” və “Boxster” modellərinin istehsalı ötən il dayandırılıb. Zavodun əsas layihələrindən biri olan “T-Roc Convertible” modelinin istehsalının isə 2027-ci ildə tamamilə başa çatdırılması planlaşdırılır. Bu səbəbdən müəssisənin mülki avtomobil istehsalı ilə bağlı gələcəyi qeyri-müəyyən hesab olunur.
Bildirilir ki, Nürnberqdə keçirilən “Enforce Tac” sərgisində VW tərəfindən mülki avtomobillər əsasında hazırlanmış hərbi nəqliyyat vasitələrinin prototipləri təqdim olunub. Bunlara “Amarok” bazasında hazırlanan MV.1 və “Crafter” bazasında yaradılan MV.2 hərbi nəqliyyat vasitələri daxildir. Şirkət bu modellər üçün silahlı qüvvələrdən sifariş gözləyir.
Məlumata görə, VW 2030-cu ilə qədər Almaniyada təxminən 35 min işçinin ixtisarını planlaşdırır. Həmkarlar ittifaqlarının zavodların fəaliyyətinin davam etdirilməsi ilə bağlı təzyiqi fonunda şirkət yeni istehsal istiqamətləri axtarır.
Ekspertlər bildirirlər ki, bu proses təkcə VW ilə məhdudlaşmır. Avropada avtomobil sənayesinin bir çox təchizatçı şirkətləri də müdafiə sektoruna yönəlməyə başlayıb. Məsələn, “Schaeffler” pilotsuz uçuş aparatları üçün hissələr istehsal etməyi planlaşdırır, “Trumpf” anti-dron sistemləri üzərində çalışır, “Valmet” isə zirehli texnika istehsalına hazırlaşır.
Analitiklərin fikrincə, mülki avtomobil bazarında yaşanan çətinliklər Avropa sənayesini tədricən müdafiə sektoruna daha çox inteqrasiya etməyə məcbur edir.
Eltac Zülfüqaroğlu
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO










