Alman mütəxəssislər Azərbaycanda – FOTO + VİDEO

Almaniyanın MONZA yağlarının istehsal olunduğu MİTAN zavodun yüksək vəzifəli şəxsləri: İstehsalat və marketinq üzrə direktor Zaşa Qövert (Sacha Göwert və Eksport üzrə direktor Aleksandr Karpov (Alexander Karpov) Azərbaycandakı rəsmi distributoru “GOMAS-AUTO MMC”nin dəvəti ilə Azərbaycanda olublar. Avtosfer.az xəbər verir ki, qonaqlar əvvəlcə GOMAS AUTO-nun ofisində, yerli ustalar və mağaza sahibləri ilə görüşərək onlara MONZA brendi altında istehsal olunan yeni məhsullar, yağların yeni çeşidləri haqqında məlumat verib. O cümlədən istehlakçılardan gələn suallar dinlənilib və cavablandırılıb. Daha sonra qonaqlar Bakı və Sumqayıt şəhərlərində Monza məhsullarının satışı ilə məşğul olan bir çox avtoservis, yağlama və mağazalarda görüşlər keçiriblər. Bu görüşlərdə almaniyalı qonaqlara GOMAS AUTO-nun direktoru, Monza yağları üzrə mütəxəssis Asiman Əsədov və MONZA servisin müdiri Nuru Bağırov da yoldaşlıq ediblər. Keçirilən görüşlərdə yerli istehlakçıların Monza yağlarından məmnunluğu ifadə edilib. Almaniyalı qonaqlar azərbaycanlı alıcının və ustaların yağlarla bağlı maariflənmə səviyyəsindən razılıqlarını bildiriblər.
Qonaqlar MONZA yağlarının gündən-günə yenilənən çeşidlər ilə dünyanın 80-dən çox ölkəsində istehlakçılara xidmət göstərildiyini, Avropa bazarında o cümlədən Avropa, Asiya və Amerikanın ən böyük avtomobil istehsalçıları arasında ən çox sevilən və seçilən yağlardan biri olduğunu xüsusi vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan bazarı və azərbaycanlı istehlakçılar onlar üçün daima xüsusi əhəmiyyətlə yanaşılan fərqli bir bazardır. Buna səbəb isə, Azərbaycanda Monza yağları ilə bağlı aparılan maarifləndirici işlərin sayəsində hər bir istehlakçının yağlar barədə məlumata sahib olmasıdır.
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB










