Almaniya Danimarkaya 8 mlrd. dollarlıq tunelin inşa planını təsdiq edib

Almaniya hökuməti ölkəni Danimarka ilə birləşdirəcək və dəyəri 8 milyard dollardan çox olacaq tunelin tikinti layihəsini təsdiq edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə cümə günü "Reuters" agentliyi məlumat yayıb. Dənizin dibi ilə Danimarka və Almaniyanı ayıran Ferman-Belt boğazından keçəcək tunel 19 km. uzunluğunda olacaq. Onun Almaniyanın Femarn adası il Danimarkanın Lollan adası arasında çəkilməsi nəzərdə tutulur. Tikintiyə icazəni Almaniyanın Şlezviq-Qolşteyn federal torpağının Nəqliyyat Nazirliyi verib. Danimarka hökuməti layihəni 2015-ci ildə təsdiq edib.
Tunelin daxili ilə hər iki istiqamətdə hərəkət üçün dördzolaqlı avtomol yolu və dəmiryolu xətti keçəcək. Plana görə tikinti işləri 2024-cü ildə başa çatmalıdır.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










