Almaniya ordusunda şok: 200 nəfərlik "ölüm eskadronu" varmış - FOTO

Son 10 ildə Almaniyanın Silahlı Qüvvələrindən (bundesver) 200 hərbçi neonasist ideologiyanın daşıyıcıları olduqları üçün qovulublar. Avtosfer.az milli.az-a istinadən bildirir ki, bununla bağlı olaraq bundesverdə xidmət etmək istəyənlərin sənədlərini əks-kəşfiyyat yoxlamağa başlayıb. Almaniyanın Hərbi Əks-kəşfiyyat Xidməti bundesverdə xidmət etmək istəyən 16 mindən artıq namizədin sənədlərini yoxlayıb. Ekstremizmdə şübhəli bilinən 150 nəfər xüsusi diqqətlə təftiş olunub. Yalnız 2 nəfərlə bağlı şübhələr təsdiqlənib. Almaniyanın Müdafiə Nazirliyində ən böyük qalmaqal 2017-ci ildə yaşanıb. Ötən il 5 zabit məşhur alman siyasətçilərə və dövlət xadimlərinə qarşı teraktlar hazırlamaqda suçlanaraq tutulmuşdular. Paqonlu terrorçuların potensial hədəfləri arasında prezident Yoahim Qauk, o dönəmdə ədliyyə naziri olmuş, indi isə DİN başçısı olan Hayko Maas, Yaşıllar Partiyasının sədri Klaudiya Rot da vardı. Tutulan bundesver zabitlərindən biri demişdi: "Köniqsberq alman şəhəri olub, alman şəhəridir və alman şəhəri olaraq qalacaq". Sabiq Köniqsberq Rusiyanın Kalininqrad şəhəridir. Tutulan neonasist alman hərbçilərin hamısı xüsusi təyinatlı birləşmələrdə xidmət ediblər. Onlar Almaniyada sığınacaq tapmış miqrantlar arasında da qırğınlar törətmək niyyətində idilər. Almaniya mediasının "ölüm eskadronu" adlandırdığı 200 nəfərlik qrupun tam zərərsizləşdirilmədiyi, ordu sıralarında hələ də neonasistlərin və ekstremistlərin qaldığı vurğulanır.




Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












