Almaniyada "polis" azərbaycanlını soydu - Başqa sürücülər də qarət olunub

Almaniyanın Hessen polisi ağır yük daşıyan avtomobillərin sürücülərinə regionda yalançı polislərin peyda olduğu barədə xəbərdarlıq edib. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Giessener-Anzeiger nəşri xəbər yayıb. Nəşrin yazdığına görə, bu dəstənin qurbanlarından biri Azərbaycandan ağır yük daşıyan avtomobilin sürücüsü olub. Bildirilir ki, mayın 3-də, axşam saat 22:00-da A-45 federal yolunda mülki geyimdə olan şəxs 50 yaşlı azərbaycanlının idarə etdiyi ağır yük daşıyan avtomobili saxladıb. Həmin şəxs azərbaycanlıya polis jetonunu təqdim edib və ondan da sənədləri təqdim etməsini tələb edib. Azərbaycanlının pasportunu və sürücülük vəsiqəsini yoxlayan “polis” onun üzərində axtarış aparıb və 8,5 min avro pulunu alıb. Cinayətkar sonra daha bir nəfərin olduğu ağ avtomobilə oturub və hadisə yerindən uzaqlaşıb. Sonradan polisə verdiyi ifadəsində azərbaycanlı bildirib ki, cinayətkarın təxminən 40 yaşı var, saçları açıq rəngdədir, boyu 1,9 metr olar...
Nəşr qeyd edir ki, bu üsulla daha əvvəl türk ağır yük daşıyan avtomobilin sürücüsü də soyulub. Aprelin sonunda “Am Rehber” maşın dayanacağında onun 2 min avro pulunu alıblar.
“Polis” azərbaycanlını soyan vaxt həmin yolda, amma gündüz saatlarında, eyni üsulla Polşa vətəndaşı olan və Almaniyaya səyahətə gedən qadın sürücü də soyulub. Onun avtomobilini polis geyimində olan iki kişi saxladıb. Bildiriblər ki, narkotik şübhəsi ilə avtomobili axtarmalıdırlar. Axtarışın gedişatında “polislər” onun 900 avrosunu alıblar.
Hazırda Almaniyanın bu regionunun kriminal polisi cinayətkarların tutulması üzrə operativ-axtarış tədbirləri keçirir. Ağır yük daşıyan avtomobillərin sürücülərinə saxlanacaqları təqdirdə Hessen Şəhər Polisinə zəng etmələri və polis jetonları barədə məlumat vermələri təklif olunub.
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI










