Alpinistlərin ölümü ilə bağlı yekun rəy: Soyuqdan ölüblər

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qubada meyitləri tapılan alpinistlərin ölümünün səbəbinin müəyyən edilməsi üçün apardığı ekspertiza başa çatıb.
Səhiyyə Nazirliyindən Trend-ə özəl olaraq bildirilib ki, müayinələr başa çatdıqdan sonra onun əsasında tərtib edilmiş rəy artıq Quba rayon Prokurorluğuna təqdim edilib.
Bu rəyə əsasən, ekspertiza zamanı meyitlərin üzərində xəsarət izi aşkar edilməyib.
Alpinistlərin ölümünə isə onların bədənində ümumi hərarətin enməsi və soyuması olub:
“Onlar qar uçqununun altında qalaraq soyuqdan ölüblər. Qar kütləsi enərkən onlar aşağıda olduqları üçün xəsarət almayıblar. Başqa sözlə, uçqun bunları hündürdən yerə çırpmayıb, digər tərəfdən də çadırın içərisində olublar. Ona görə də xəsarət almayıblar”.
Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.
Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkar edilib.
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










