Alt paltarları oğurlayanlar peyda olub - İsmayıllıda

Son günlər İsmayıllı rayonunda qeyri-adi hadisə yaşanır. Artıq 10 gündən çoxdur ki, naməlum şəxs və ya şəxslər gecə saatlarında rayon sakinlərinin evlərinə girərək oğurluq edir. Maraqlısı odur ki, onlar evlərdən pul və ya qızıl-zinət əşyalarını deyil, qadınların alt paltarlarını oğurlayırlar. Avtosfer.az xəbər verir ki, rayon sakinlərinin azvision.az-a verdiyi məlumata əsasən, artıq bir neçə evdə eyni hadisə təkrarlanır. Oğurlanan əşyalar isə daha sonra rayon qəbirstanlıqlığında məzarların, baş daşlarının üstünə asılmış vəziyyətdə tapılır. Baş verən hadisədən narahatlıq keçirən rayon sakinləri artıq polisə də məlumat veriblər. İsmayıllı Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə ilə bağlı Polis idarəsinə məlumat daxil olub. Hazırda araşdırma aparılır. Araşdırma başa çatdıqdan sonra isə məsələ barəsində ətraflı məlumat vermək mümkün olacaq.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












