Altı məntəqəni birləşdirən avtomobil yolunun inşası başa çatmaq üzrədir

Tərtər rayonunda 7 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolunun inşası yekunlaşmaq üzrədir. Avtosfer.az Azərtac-a istnadən xəbər verir ki, uzunluğu 21,5 kilometr olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir. Tikinti layihəsinə uyğun olaraq, yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilib. Yol əsası optimal qırmadaş və qum-çınqıl qarışığından istifadə edilməklə inşa olunub. Yolun ümumi eni 10 metrə çatdırılıb. İki hərəkət zolağı olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədilə mövcud borular yeniləri ilə əvəz olunub və zəruri yerlərdə yeniləri inşa edilib. Yola 2 qat olmaqla 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işləri yüksək keyfiyyətlə həyata keçirilib. Hazırda yolun çiyin hissələrinin hamarlanması işləri aparılır. Layihə əsasında yolboyu 8 avtobus dayanacağı, 142 ədəd yol nişanı, 22 ədəd kilometr göstəricisi və 840 ədəd siqnal dirəyi quraşdırılacaq, hərəkətin normal təşkili üçün 54,5 kilometr uzunluğunda üfüqi nişanlama xətləri çəkiləcək. Avtomobil yolunun tikintisi ilə Tərtər rayonunun altı kəndində sakinlərin gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












