“Amazon” anbarında robot “təxribatı”: 20 nəfər xəstəxanalıq oldu

“Amazon” şirkətinin Robinsvil şəhərində ( Nyu-Cersi ştatı) yerləşən anbarında qeyri-adi qəza baş verib. Robot içində ayıları qorxutmaq üçün istifadə olunan kimyəvi maddənin olduğu balonu aşırıb. Sprey şəklində olan həmin maddə tənəffüslə bağlı problemlərə və müvəqqəti korluğa səbəb olur. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda “Engadget” məlumat yayıb. Hadisə nəticəsində maddə yaxınlıqda olan insanların tənəffüs yoluna gedib və işçilərin halı pisləşib. 20-dən çox şirkət əməkdaşının xəstəxanaya yerləşdirildiyi bildirilir. Qəzanın baş verdiyi anbarda 3000-ə yaxın insan çalışır. Amerikanın “ABC News” telekanalı zərərçəkənlərdən birinin ağır vəziyyətdə xəstəxanaya çatdırıldığını deyib. Daha üç nəfərə yerində ilkin tibbi yardım göstərilib. “Amazon” hadisənin təfərrüatını açıqlamasa da, mediya nümayəndəsi hadisəni içəridə olan robotlardan birinin törətdiyini təsdiqləyib.
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi












