Amerikalı milyarder yeni superkarını təqdim etdi - FOTO

Amerikalı iş adamı Ceyms Qlikenhaus sürətli avtomobillərə sevgisi ilə məşhurdur. Avtosfer.az “ölkə.az”a istinadən xəbər verir ki, iş adamı özünə məxsus avtomobil şirkəti də qurub. Şirkət “SCG003” markalı hiperkar da istehsal edib. Bu yaxınlarda isə yeni modelin təqdimatı keçirilib. Yeni avtomobildə sürücü salonun tam ortasında oturur. Yeni superkar “Scuderia Cameron Glickenhaus 004S” adlanır. “McLaren F1” modelində olduğu kimi sürücü salonun tam ortasında əyləşir. Arxada isə iki sərnişinlik oturacaq var. Avtomobil karbon lifindən hazırlanıb və bu səbəbdən çəkisi 1179 kq-dır. Arxa difrensial özünü bloka salır, nizamlanan amartizator yeniliklərdəndir. Avtomobili V8 tipli, 5 litr həcmli, iki turbini olan mühərrik hərəkətə gətirir. Aqreqat 650 at gücü hasil edir. Mühərrik 6 pilləli mexaniki sürətlər qutusu ilə işləyir. Şirkət 25 ədəd avtomobil istehsal etməyi planlaşdırır. Bir avtomobilin qiyməti 400 min dollardır. Kütləvi istehsala 2019-cu ildə başlanılacaq. Ümumi olaraq 250 avtomobilin istehsalı planlaşdırılır.




Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












