“Amul-Xəzər 2018” beynəlxalq avtorallisi başa çatıb - FOTO

Türkmənistanda keçirilən “Amul-Xəzər 2018” beynəlxalq avtorallisi başa çatıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, avtorallinin keçirildiyi Qaraqum çöllərinə dünyanın hər yerindən ən yaxşı sürücülər toplanmışdı. Türkmənistanın Lepab vilayətindən start götürən yarışçılar beş mərhələdən keçərək Balkan vilayətində milli turizm zonası olan Avazada finiş ediblər. Finiş xəttini ilk olaraq britaniyalı Harri Hant keçib. Özünün yeni şturmanı Vouter Rosqarla britaniyalı yarışçı 5 mərhələdən 3-də qalib gəlib. Yarışın son mərhələsində ispaniyalı Nani Roma və Aleks Haro ikinci olub. Fransalı Metyu Serradori və Fabian Lurkin liderdən 6 dəqiqə geri qalaraq beşinci mərhələnin üçlüyündə yer tutublar. Qədim İpək Yolu marşrutunu keçərək tarixi və görməli yerlərlə tanış olan, Türkmənistan xalqının qonaqpərvərliyindən məmnun qalan yarış iştirakçıları “Amul-Xəzər 2019” avtorallisində də iştirak etmək istədiklərini bildiriblər. Qeyd edək ki, iyirmi ölkədən 80 komandanın qatıldığı rallidə yarışlar üç kateqoriya - minik, yük avtomobilləri və kvadrosikllər üzrə təşkil olunub. Sentyabrın 11-dən 15-dək keçirilən “Amul-Xəzər 2018” beynəlxalq avtorallisinin marşrutunun uzunluğu Amuldan Xəzərədək 1571 kilometr idi.


Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










