"An-148" təyyarələrinin istismarı dayandırıldı

Rusiyada "An-148" təyyarələrinin istismarı dayandırılıb. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Nəqliyyat Sahəsində Federal Nəzarət Xidmətinin rəhbəri Viktor Basarqin bildirib. Eyni zamanda yoxlamalar başa çatana qədər "Saratov aviayolları" şirkətinə məxsus bütün təyyarələrinin uçuşları dayandırılıb.
Qeyd edək ki, bu il fevralın 11-də yerli vaxtla saat 14.21 radələrində Moskvanın "Domodedovo" hava limanından qalxan və Orska uçan "Saratov aviayolları" şirkətinə məxsus "An-148" tipli təyyarə uçuşdan 2 dəqiqə sonra radardan itib. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olan təyyarənin qalıqları Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisində aşkarlanıb. Qəza nəticəsində 65 sərnişin və 6 heyət üzvü həyatını itirib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












