Ana 8 yaşlı qızını oğlanlarla oynadığı üçün cəzalandırdı - Bakıda

Bakıda ana 8 yaşlı qızını oğlanlarla oynadığı üçün döyüb. Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə "Təmiz Dünya" qadınlara yardım ictimai birliyinin sədri Mehriban Zeynalova məlumat verib. Onun sözlərinə görə, qadın iki azyaşlı qızı ilə sığınacaqda məskunlaşıb. O, qızını sığınacağın digər sakinləri - 4-5-6 yaşlı oğlan uşaqları ilə oynadığına görə möhkən döyərək cəzalandırıb. Zeynalova deyir ki, qadına xəbərdarlıq edilib ki, bu hal bir də təkrarlanarsa, polisə müraciət ediləcək: "Hər gün, hər saniyə qadın-kişi bərabərliyi arasında yaranmış çatların dərinləşdiyini hiss edirəm. Qorxuludur... Yaxşı ki, qanunlar var. Sığınacaqda bir qadın bu günlərdə qızını möhkəm döydü. Əgər bu, bir də təkrarlanarsa, ondan şikayət verəcəyimizi dedik. Uşaq olduqca ağıllı və dərrakəlidir. Təhsildə çox bacarıqlıdr. Ana isə bütün günü bu qızı kiçik bacısına dayə kimi baxmağa məcbur edir".
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












