Ana-bacı söyüşü söyənlər niyə məsuliyyətə cəlb edilmir? – Vəkildən AÇIQLAMA

Müğənni Şəhriyar Məmmədov öz sosial şəbəkə hesabında başına gələn hüquq pozuntusu ilə bağlı paylaşım edib.
Avtosfer.az xəbər verir ki, müğənni ona söyüş söyən şəxslə bağlı məhkəməyə müraciət edib. Lakin hakim onun tələbini təmin etməyib. O qeyd edib ki, bütün gününü məhkəmələrə sərf edib və sonda işə baxan Yasamal rayon məhkəməsinin hakimi Rauf Daşdəmirov məhkəmə prosesi zamanı bildirdi ki, mən söyüş işinə baxmıram. Müğənni sonda onu qeyd edib ki, qanundakı boşluqlar və hakim ədalətsizliyi vətəndaşı cinayət etməyə məcbur edir. “Şəxsin ünvanıma səsləndirdiyi bütün söyüşlərin səs yazısını məhkəmədə hakimə qulaq asdırdım, dedim ki, cənab hakim sizi bax bu şəkildə söysələr neyləyərsiniz? Heç nə demədi”.
İctimaiyyəti narahat edən məsələlərdən biri məhz “ana-bacı söyüşü”nə görə şəxslərin cəzalandırılmaması kimi hal mövcuddurmu? Yaxud hansı halda cəza tədbiri nəzərdə tutulub?
Mövzu ilə bağlı vəkil Nərmin Zülfüqarlı Avtosfer.az-a açıqlamasında bildirib ki, sosial mediada səsləndirilən fikirlərlə bağlı hüquqi mövqeni açıqlayarkən qeyd etmək lazımdır ki, təhqir hər bir halda cinayət məsuliyyəti yaratmır:

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir yalnız kütləvi şəkildə, yəni:
• ictimai yerdə,
• kütləvi informasiya vasitələrində,
• sosial şəbəkələr və digər geniş auditoriyaya açıq platformalarda
şəxsin şərəf və ləyaqətinin qəsdən alçaldılması formasında törədildikdə cinayət tərkibi yarada bilər.
Şəxslər arasında telefon danışığı, qapalı ünsiyyət və ya məhdud çevrədə baş vermiş ifadələr kütləvilik əlaməti daşımadıqda, Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə cinayət məsuliyyəti istisna olunur.
Bu hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin
“Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Plenum qərarında da açıq şəkildə ifadə olunmuşdur.
Plenum qərarına əsasən:
• ifadənin yayılma dairəsi,
• kütləvi xarakter daşıyıb-daşımaması,
• cəmiyyət üçün real nüfuz zədələnməsinin mövcudluğu
mütləq şəkildə qiymətləndirilməlidir.
Eyni zamanda, ifadə azadlığı yalnız açıq və kütləvi şəkildə şərəf və ləyaqətə zərər vurulduğu sübuta yetirildikdə məhdudlaşdırıla bilər. Sadəcə subyektiv narazılıq doğuran və ya etik baxımdan qəbuledilməz hesab edilən ifadələr cinayət hüququnun predmetinə daxil edilmir.
Nəticə etibarilə, kütləvilik əlaməti olmadan təhqirə görə cinayət məsuliyyətinin tətbiqi qanunvericiliyə ziddir”.
Səfər
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR










