Ana iki uşağı xilas etmək istədi, üçü də boğuldu - Masallıda dəhşətli hadisə

Masallının Miyənkü kəndində göldə üç nəfər batıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, onlar Miyənkü kənd sakini, 1981-ci il təvəllüdlü Vüsalə Sabir qızı Kərimova, onun oğlu, 2009-cu il təvəllüdlü Hüseyn Şəmşir oğlu Zamanov və V. Kərimovanın qardaşı oğlu, 2007-ci il təvəllüdlü Elmar İlqar oğlu Kərimovdur. Məlumata görə, V.Kərimova ailəsi ilə birgə Masallıya istirahətə gəlib. Uşaqlarla dincəlmək üçün isə göl kənarına gedib. Göldə çimən uşaqların boğulduğunu görən V.Kərimova onları xilas etməyə çalışarkən özü də batıb. Meyitlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Masallı rayonunda baş verən faciənin bəzi təfərrüatları məlum olub. "Report" xəbər verir ki, hadisə axşam saat 15 radələrində baş verib. Bakıdan doğulduğu Miyənkü kəndinə istirahətə gedən 37 yaşlı Kərimova Vüsalə Sabir qızı 11 yaşlı oğlu Kərimov Elmar İlqar oğlu və 9 yaşlı qardaşı oğlu Zamanov Hüseyn Şəmkir oğlu ilə birlikdə kəndin kənarında moruq dərməyə gedib. Başı moruq yığmağa qarışan ana uşaqları nəzarətsiz qoyub. Gölə girən uşaqlar batmağa başlayanda qadının kənarda oturan qızı anasına xəbər verib. Uşaqları xilas etmək üçün özünü gölə atan ana da suda batıb. Azyaşlı qız kəndə qaçaraq köməyə adam çağırıb. Lakin bir saat sonra hadisə yerinə gələnlər boğulanlara heç bir kömək edə bilməyiblər. Göldə axtarış aparan FHN-in dalğıcları batmış meyitləri iki saatdan sonra sudan çıxarıblar.
Faktla bağlı araşdırma aparılır.
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb












