Anasının tanışını bıçaqlayan yeniyetmə azadlığa buraxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 2003-cü il təvəllüdlü Əli Qasımovun (ad və soyad şərtidir) cinayət işi üzrə növbəti məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Ə.Qasımov məhkəmə zalında azadlığa buraxılıb. Xatırladaq ki, prokuror çıxışında onun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. İttiham aktına əsasən, Bakı şəhərində yaşayan Ə.Qasımovun valideynləri ayrılıb. O, atası ilə əlbəyaxa dava edən anasının tanışı Qurban Qarayevin kürək nahiyəsindən bir neçə zərbə endirib. Belə ki, Q.Qarayev hadisə günü Ə.Qasımovun anasının yaşadığı evə gəlib. Bu zaman Ə.Qasımovun atası da evdə olub. Həmin şəxslərin aralarında mübahisə yaranıb. Məhkəmədə sərbəst ifadə verən Ə.Qasımov əməlini etiraf edib və özünü təqsirli bilib. Qeyd edək ki, 15 yaşlı Ə.Qasımovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












