Antarktida yox olur, suyun səviyyəsi qalxır – NASA

NASA əvvəllər Şərqi Antarktidada stabil və qlobal iqlim dəyişikliklərinə reaksiya verməyən buzlaqların əriməyə başladığını aşkar edib. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı NASA-nın saytında yer alıb. Məlumata görə, bu buzlaqların əriməyə davam edəcəyi təqdirdə dünya okeanının səviyyəsi əhəmiyyətli səviyyədə qalxacaq və bütün planet üçün fəlakətli nəticələrə gətirib çıxaracaq.
NASA bu regionda, xüsusilə, ən böyük buzlaq hesab edilən Tottenin əriməyə başladığını bildirib. Belə ki, bu buzlağın tam əriyəcəyi təqdirdə dünya okeanlarının səviyyəsinin 3 metr qalxacağı iddia edilib.
Totten buzlağı ilə bərabər Andervud, Bond, Adams və Vanderford buzlaqlarının əriməyə başladığı da açıqlanıb. 2008-ci illə müqayisədə bu buzlaqların səviyyəsinin 3 metr azaldığı və illik 25 santimetrlik ərimə müşahidə edildiyi vurğulanıb.
NASA mütəxəssislərinin fikrincə, Şərqi Antarktidada ərimənin sürətlənməsinə səbəb okeanda buz səviyyəsinin dəyişilməsiylə əlaqədar dərinlikdən çıxan isti sudur.
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?












