Apofis asteroidi Yerə yaxınlaşır - NASA hansı təhlükəni məxfi saxlayır?

Apofis Qədim Misir əfsanəsində dəhşət iblisidir. Avtosfer.az "ölkə.az"a istinadən bildirir ki, kosmosda bir asteroidə məhz bu ad verilib. Elmi hesablamalara görə, bu asteroid planetimizi məhv edə biləcək gücdədir. Artıq Apofis Yerə yaxınlaşır. Amma NASA bu məlumatları məxfi saxlayır. Niyə görə dünya əhalisi təhlükə barədə məlumatlandırılmır? Toqquşmaya qədər nəsə etmək mümkündürmü?
Sonuncu dəfə Apofis 2012-ci ilin yanvarında planetimizin orbitinin yanından keçib. Nəhəng kosmik daşın milyonlarla ton çəkisi var. 320 metr diametri olan səma cismində 65 min nüvə bombasının enerjisi var. Apofis 2012-ci ildə Ay və Yerin ortasından keçdi. Amma növbəti dəfə 2029-cu ildə planetimizin yanından keçəcək. 2036-cı ildə isə Yerə maksimum, yəni 38 min km yaxınlıqdan keçəcək. Nəhəng asteroid planetimizlə toqquşmasa da, atmosferə güclü təsir edəcək, Yerdə anomal təbiət hadisələrinə səbəb olacaq. Yer qravitasiyasının təsiri ilə kosmik cism o qədər yaxınlaşacaq ki, Yeri asanlıqla orbitindən çıxara bilər. Günəşdən minimal aralanma isə planetimizdə tempratur rejiminin aşağı düşməsinə səbəb olacaq. Bu isə bütün flora və faunanı məhv edə bilər. Anomal vulkanik püskürmələri güclü zəlzələ və sunamilər əvəz edəcək. İqlim apokalipsisləri ilə müşayət olunan təbii fəlakətlər planetin landşaftını dəyişəcək. Amma artıq anomal təbiət hadisələri üzə çıxır. Avropada buzlaşma və daşqınlar, Yaponiyada zəlzələ, 2003 və 2013-cü illərdə Altaydakı zəlzələ, Taylandda sunami, Afrikada istilər, Rusiya və ABŞ-da meşə yanğınları, vulkanların aktivləşməsi, tufanlar buna misaldır. 2012-ci ilin sentyabr ayının əvvəlində Yava və Sumatra adaları arasındakı Zond boğazında Anak-Krakatu vulkanı aktivləşdi. Böyük partlayış bütün planeti silkələdi. Vulkan püskürəndə meydana çıxan partlayış Xirosimoya atılan atom bombasının gücündən 10 min dəfə çox idi. Partlayışın səsi 4 min km radiusda eşidildi. Sunami 300 yaşayış məntəqəsini xəritədən sildi. Mütəxəssislər isə növbəti vulkan püskürməsi barədə xəbərdarlıq edirlər.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










