Aptekdə cibgirlik edən şəxs saxlanılıb - Bakıda

İctimai nəqliyyatda, həmçinin insanlarının sıx olduğu obyektlərdə cibgirlik edərək edərək insanların pul və qiymətli əşyalarını ələ keçirən şəxsin saxlanılması istiqamətində Nərimanov Rayon Polis İdarəsi (RPİ) 18-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin mətbuat xdimətindən məlumat verilib. Belə ki, şöbəyə müraciət edən zərərçəkən rayon ərazisində yerləşən apteklərdən birinə müştəri kimi daxil olan zaman cibindən naməlum şəraitdə içərisində 120 ABŞ dolları və 100 manat olan pul kisəsinin oğurlandığını bildirib.
Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Hüseyn Abbasov saxlanılıb. Qeyd edək ki, saxlanılan şəxsin aptekdə törətdiyi oğurluq əməli obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. Saxlanılan şəxs istintaqa verdiyi ifadəsində etdiyi cinayəti etiraf edib. Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Polis əməkdaşları cibgirlik etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-ci PŞ-nə müraciət edə bilərlər.
Fərid
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI










