Aralıq dənizində miqrant gəmisinə atəş açıldı

Mərakeşin Kral Dəniz Donanmasının (KDD) Aralıq dənizində keşik çəkən döyüş bölmələri çərşənbə axşamı qeyri-leqal miqrantların olduğu sürətlə üzən gəmiyə atəş açıblar. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyinin (DİN) yaydığı kommünikedə deyilir. "KDD qüvvələri İspaniya vətəndaşının Mərakeş sularında idarə etdiyi sürətlə üzən gəmiyə atəş açmaq məcburiyyətində qalıblar", - deyə bəyanatda qeyd olunur. DİN-in məlumatına görə, atəş gəminin xəbərdarlıq işarəsinə məhəl qoymamasından sonra açılıb. Nəticədə 4 nəfər müxtəlif dərəcəli odlu silah yaraları alıb. Bəzi məlumatlara görə, 1 qadın miqrant ölüb. Yaralılar Mdik-Fnidek prefekturasının əyalət xəstəxanasına yerləşdiriliblər. Bildirilir ki, saxlanılan gəmidə qeyri-leqal miqrantlar olub. Gəmini idarə edən İspaniya vətəndaşı saxlanılıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












