Araşdırma: Hindistanda havanın çirkliliyi insan ömrünü 4 il azaldır

Hindistanda havanın çirkliliyi insan ömrünü orta hesabla 4 ildən çox azaldır. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, bu barədə faktlar Çikaqo Universitetinin Enerji Siyasəti İnstitutun araşdırmasında əksini tapıb. Bildirilir ki, havanın çirkliliyinə görə dünyada ikinci yerdə olan Hindistanda bu istiqamətdə vəziyyət ötən əsrin 90-cı illərindən başlayaraq daha da pisləşməyə başlayıb. Son iki ildə isə havanın çirkliliyi daha da çoxalıb. Çikaqo Universitetinin tədqiqatçıları güman edirlər ki, əgər Hindistanda havanın təmizliyi Dünya Səhiyyə Təşkilatının (DST) normalarına uyğun olarsa, ölkədə orta ömür həddi 4,3 il çox olar. Araşdırmada Çində və Hindistanın bəzi yerlərində havanın çirkliliyinin insan ömrünün 6 ilə qədər qısalmasına səbəb olduğu göstərilir. Diqqət çəkən başqa bir məqam odur ki, dünya əhalisinin 75 faizi (5,5 milyard nəfər) havanın çirkliliyinin DST-nin müəyyən etdiyi normadan daha çox olduğu ərazilərdə yaşayır. Havanın çirkliliyi dünya üzrə orta ömür həddinin 1,8 il azalmasına səbəb olur ki, bu da insan sağlamlığı üçün qlobal təhdiddir. Hindistan və Çin dünya üzrə ümumi hava çirkliliyinin 36 faizini "təmin edir".
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Ekspert yol hərəkəti təhlükəsizliyi sahəsindəki problemləri sadaladı
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
Bəzi yollarda tıxac yarandı - SİYAHI










