Arı daşıyan maşınlara xüsusi nişan verilsin - Təklif

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycanda yerli damazlıq arı sortlarının artırılması üçün “Arıçılıq haqqında” qanuna müəyyən dəyişikliklərin edilməsi üçün təkliflər hazırlanır. Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib. O bildirib ki, nazir İnam Kərimovla görüşən Azərbaycan Arıçılar Assosiasiyanın üzvləri arıçılığın inkişafına dəstək verən 10-dan çox təklif səsləndiriblər. Arıçılar arıçılıq üçün lazım olan yeşiklərin, pətəklərin, taraların Azərbaycanda istehsalının təşkilini, arılar üçün dərmanların gətirilməsi, arıçılıq üçün xüsusi laboratoriyanın qurulması, arı xəstəliklərinə qarşı mübarizə işinin təşkili, arıçılar üçün təlimlərin keçirilməsi kimi məsələri təklif ediblər. Arıçıların təklif etdiyi əsas məsələlərdən biri də arı yeşiklərinin gəzdirilməsi zamanı nəqliyyat vasitələri üçün xüsusi şəraitin yaradılmasını, belə maşınlara xüsusi yol nişanlarının verilməsi, onların təhlükəsizliyinin təmini olub: "Arıçıların arı yeşiklərini daşıması üçün maşının konstruksiyasında müəyyən qədər dəyişikliklərin edilməsinə ehtiyac yaranır. Bu halda da həmin maşınlara xüsusi nişanların verilməsi məsələsi gündəmə gəlir”.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












