“Arvadıma təcavüz etdiyi üçün onu öldürdüm” - Futbolçunun qatili

Braziliyanın “San Paulo” klubunun yarımmüdafiəçisi Daniel Korrea Freytasın öldürülməsinin səbəbləri bəlli olub. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, futbolçunu qətlə yetirən 38 yaşlı Edison Brittes Junior canlı yayımda ifadə verib. O, Korreanın onun arvadına təcavüz etdiyini bildirib: “Qapını açıb otağa girdim və Korreanın arvadıma təcavüz etdiyini gördüm. Həyat yoldaşım qışqırıb yardım istəyirdi. Mənim etdiyimi hər kəs edərdi. Braziliyadakı istənilən qadına təcavüz etsəydi, onu öldürərdim”. Həyat yoldaşı Allananın futbolçu ilə öncədən də münasibətləri olduğu iddialarını rədd edən Brittes “o vəziyyətə sizin ananız, bacınız və ya həyat yoldaşınız da düşə bilərdi” - deyib: “O, mənim 20 illik həyat yoldaşımdır. Şaiyələr hər zaman yayıla bilər. Həqiqətlər də üzə çıxacaq. Bunu deyənlər qadınlara qarşı təcavüz edənləri cəzalandırmaq istəməzdilər? Onu yerə atdım və öldürdüm”.
Hadisə yerində olan polsilərdən biri isə açıqlamasında futbolçunun küçədə öldürülüdüyünü söyləyib: “Onun üzərində işgəncə əlamətləri var. Böyük ehtimalla futbolçu küçədə işgənclərə məruz qalaraq öldürülüb”.
Hadisədən öncə isə Korrea dostuna foto göndərərək bunları yazıb: “Yanımda yatan qadın mənimdir və burada xeyli sayda qadın var. Allana və onun anası ilə birlikdə bir gecə keçirəcəm. Üstəlik, onların atası da buradadır və qızın doğum günüdür”.
Mesajlarda dostunun onu xəbərdar etdiyi də aydınlaşıb: “Brittes oyanacaq və onun həyat yoldaşı ilə birlikdə olduğunu görəcək. Səni öldürənə qədər döyəcəklər. Oradan uzaqlaş”.
Lakin futbolçu dostunun bütün təkidlərinə baxmayaraq oradan uzaqlaşmayıb.



Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












