Arvadını öldürən 62 yaşlı kişinin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Maştağa qəsəbəsində arvadını amansızlıqla öldürməkdə təqsirləndirilən Zamin Rəsulovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 5-nə təyin edilib. Qeyd edək ki, cinayət hadisəsi bu il Maştağa qəsəbəsində baş verib. Həmin ünvanda yaşayan 62 yaşlı Z.Rəsulov evində həyat yoldaşı, 60 yaşlı Natəvan Rəsulovanı xüsusi amansızlıqla öldürüb. Kişi həyat yoldaşına iri mətbəx bıçağı ilə 13 ağır zərbə endirib. Qadın hadisə yerində keçinib. Məlumata görə, hadisə onların 41 yaşlı qızlarının gözü qarşısında baş verib. Belə ki, əvvəllər bir neçə dəfə infarkt keçirmiş 62 yaşlı Z.Rəsulov bir müddət əvvəl iflic olub və xəstəxanaya yerləşdirilib. Müalicə prosesindən sonra hadisədən bir gün əvvəl qızı və həyat yoldaşı onu xəstəxanadan çıxararaq evə gətirib. Evə gələr-gəlməz kişi ilə xanımı arasında mübahisə yaranıb. Z.Rəsulov əsəbi halda iri mətbəx bıçağını götürərək həyat yoldaşına hücum edib və onu öldürüb. Qızı atasının törətdiyi əmələ mane ola bilməyib və təcili yardım çağırsa da, artıq gec olub. Bildirilir ki, hadisəni törədən Z.Rəsulov iki dəfə evli olub. O, uzun illər əvvəl N.Rəsulova ilə ailə qurub. Lakin boşanaraq başqa qadınla evlənib. Xeyli keçəndən sonra Z.Rəsulov ilk həyat yoldaşının yanına qayıdıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












