Arvadını öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı Apellyasiya Məhkəməsində Maştağa qəsəbəsində arvadını amansızlıqla öldürməkdə təqsirləndirilən Zamin Rəsulovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası dekabrın 14-nə təyin edilib. İttiham aktına əsasən, Z.Rəsulov arvadını pul üstündə mübahisədən sonra qətlə yetirib. Belə ki, o, 90 min manat pulun arvadı tərəfindən ondan xəbərsiz xərclənməsinə etiraz edib və onlar arasında dəfələrlə mübahisə olub. Sonuncu mübahisə qətl ilə nəticələnib. Z.Rəsulov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı












