Arvadını öldürməyə cəhd edən şəxs barəsində məcburi tədbirlər tətbiq edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən İlqar Aslanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslə bağlı qərar çıxarılıb. Qərara əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. İttiham aktına əsasən, İ.Aslanov həyat yoldaşı Nübar Aslanovanı mübahisə zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan A.Əhmədov barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsədən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq orqanı İ.Aslanovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi qənaətinə gəlib.
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO










