Arvadını öpən 91 yaşlı kişi həbs edildi

ABŞ-ın Konnektikut ştatında qəribə hadisə baş verib. Avtosfer.az sputnik.az-a istinadən xəbər verir ki, 91 yaşlı Heinz Vonkuti qocalar evində həbs edilib. Vonkuti qocalar evinə 88 yaşlı həyat yoldaşına baş çəkmək üçün gedibmiş. Onun tutulmasına kişinin həyat yoldaşını öpməyə cəhd etməsi səbəb solub. Hadisə 13 oktyabrda baş verib. Polislər gələndə kişi həyat yoldaşının otağında olub. Qocalar evinin əməkdaşları bildiriblər ki, ona bir müddətdir ki, həyat yoldaşını öpmək qadağan edilib. Çünki “kişi ağzı ilə ona nəyisə ötürə bilər”. Polisdən açıqlama veriblər ki, qocalar evinə çağırılmalarına təəccüb etməyiblər. Kişini həyat yoldaşını öpməyə cəhd etməsi səbəbindən 26 dəfə həbs ediblər. Vonkuti polis idarəsinə aparılıb, barəsində cinayət işi açılıb və evə buraxılıb. Amma ona məhkəməyə gəlməsi ilə bağlı xəbərdarlıq edilib.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












