Arvadını və qayınanasını qətlə yetirən şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib

Göygöl rayonunda arvadını və onun anasını qətlə yetirən şəxsin məhkəməsi başa çatıb. “Report”un Qərb bürosunun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirli bilinən Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Zaur Adil oğlu Əliyevə höküm oxunub. Məhkəmə qərarı ilə Z.Əliyev 20 il müddətinə (10 ilini ciddi rejimdə çəkməklə) azadlıqdan məhrum olunub.
Qeyd edək ki, 17 avqust 2017-ci ildə Z.Əliyev arvadı, 1989-cu il təvəllüdlü Günel Vilayət qızı Əliyevanı və qayınanası, Tovuz rayon Əlimərdanlı kənd sakini, 1964-cü il təvəllüdlü Minayə Əliyevanı bıçaqlayıb. G.Əliyeva hadisə yerində, onun anası isə xəstəxanaya aparılarkən yolda ölüb.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












