Arvadını yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını yandıraraq öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az "Report"a istinadən xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 12-nə təyin edilib. Qeyd edək ki, hadisə bu il aprel ayında Bakının "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən "Manat Shop" mağazada baş verib. Həmin ünvanda M.Müzəffərov həyat yoldaşını Aytəkin Müzəffərovanın başına bezin tökərək yandırıb. Nəticədə qadın dünyasını dəyişib. Məlumata görə, M.Müzəffərov hadisəni qısqanclıq zəminində törədib. Belə ki, mərhum A.Müzəffərova hadisədən bir qədər əvvəl işləmək üçün Türkiyəyə gedib. M.Müzəffərov isə arvadının ona xəyanət etdiyini fikirləşib. Daha sonra qadın Bakıda işləməyə başlayıb. M.Müzəffərov 1 litr benzin götürərək arvadının çalışdığı mağazaya gəlib. O, həmin yerdə benzini qadının başına tökərək yandırıb. Qadın hadisə yerində dünyasını dəyişib. Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan M.Müzəffrovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xüsusi amansızlıqla) maddəsi ilə ittiham irəli sürülüb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












