Arvadının alt paltarının fotolarını internetdə yaydı, nömrəsini kişilərə payladı

Həyat yoldaşının yataq görüntülərini canlı yayımda göstərən ərə 9 il həbs cəzası verilib. Avtosfer.az big.az-a istinadən xəbər verir ki, hadisə Ərzurum şəhərində baş verib. Belə ki, 39 yaşlı İ.O evli olduqları zaman aldatdığını düşündüyü həyat yoldaşı 32 yaşlı S.Ö-nün yataq otağındakı görüntülərini sosial şəbəkələrdəki səhifələrin birində canlı yayımlayıb. Qadın bununla bağlı məhkəməyə müraciət edərək keçmiş ərindən şikayətçi olduğunu bildirib: " Mən yataq otağında yatarkən o, mənim uyğunsuz görüntülərimi sosial şəbəkədəki 'Scope' səhifəsində canlı yayımlayır. Bu, şəxsi həyata müdaxilədir. Onun 9 il azadlıqdan məhrum edilməsini istəyirəm". 39 yaşlı kişi məhkəməyə ifadəsində etdiklərini boynuna alıb: " Mən yoldaşım yatarkən onun görüntülərini və alt paltarlarını canlı yayımda nümayiş etdirdim. Həm də onun nömrəsini kişilərə paylamışam. Bütün bunları etməyimə səbəb həyat yoldaşımın mənə xəyanət etməsindən sübhələnməyim oldu". 39 yaşlı İ.O-nun 9 ilə qədər azadlıqdan məhrum ediləcəyi gözlənilir.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












