“ASAN xidmət”də işə düzəltmək adı ilə dələduzluq edən şəxslərin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “ASAN xidmət”də işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Nurəddin Quliyev, Zakir Məmmədov, Yasin Məmmədov və Ədalət Zaidovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, N.Quliyev orta təhsillidir. "ASAN xidmət"in Sumqayıt filialında ştatdan kənar mütəxəssis fəhləsi işlədiyini deyən N.Quliyev daha əvvəl məhkumluq həyatı yaşamadığını bildirib. Digər təqsirləndirilən Z.Məmmədov da orta təhsillidir və məhkumluğu olmayıb. Təqsirləndirilən Y.Məmmədov ali təhsillidir və daha əvvəl dələduzluğa görə məhkumluq həyatı yaşayıb. Bildirilib ki, 4 nəfər təqsirləndirilən şəxslərdən yalnız Ə.Zaidovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkumluq həyatı yaşamdığını, bu işdə təqsirinin olmadığını deyib. Məhkəmənin baxış iclası oktyabrın 31-nə təyin edilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsəsən, həmin şəxslər bu il həbs edilib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












