Aslan İsmayılov 1 il 6 ay müddətinə islah işlərinə məhkum edildi

Son bir il ərzində məşhur iş adamı, "Xəmsə" MMC-nin sahibi Mürvət Həsənli ilə vəkil Aslan İsmayılov arasında davam edən məhkəmə prosesi, nəhayət ki, sona çatdı. Avtosfer.Az virtualaz.org-a istinadən bildirir ki, hakim Azər Tağıyevin sədrliyi ilə Səbail Rayon Məhkəməsində keçirilən iclas tərəflərin Korrupsiya ilə Mübarizə İdarəsinin yolladığı sənədlərlə tanışlığı ilə başladı. Hakim müdafiə və ittiham tərəflərinə müraciət edərək istintaqın bitdiyini bildirdi. İttiham tərəfinin etirazı olmasa da, təqsirləndirilən A.İsmayılov etirazını etdi.
Hakim isə bu narazılığa fikir verməyərək, məhkəmə istintaqının başa çatdığını elan edib. Bundan sonra tərəflərə çıxış üçün soz verilib.
Ötən proseslərdə olduğu kimi, yenidən gərginlik yaşanıb. M.Həsənli yenidən məhkəmədən A.İsmayılovun məhkəmə zalında həbs edilməsini istəyib. Lakin təqsirləndirilən öz çıxışında onun iddialarını rədd edib.
Hakimin son söz üçün müraciət etməsinəı baxmayaraq, A.İsmayılov bundan imtina edib.
Sonra məhkəmə müşavirəyə yollanıb və yarım saatdan sonra hakim Azər Tağıyev hökmü elan edib. A.İsmayılov əməkhaqqının 15%-nin dövlətin xeyrinə tutulması şərtilə 1 il 6 ay müddətinə islah işlərinə məhkum edilib və 1500 manat həcmində cərimə olunub.
Qeyd edək ki, A.İsmayılov özünün "Facebook" səhifəsində, həmçinin KİV üçün brifinqdə Mürvət Həsənlinin ünvanına onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətməkdə ittiham edilirdi. M.Həsənli vəkili məhkəməyə verərək, onun barəsində CM-nin 147.2-ci maddəsi üzrə (böhtan, ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə) cinayət işinin başlanmasını tələb etmişdi.
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












