Astara-Astara dəmir yolu ilə yüklərin daşınması üçün müraciətlərin sayı artıb

Azərbaycan və İran Dəmir Yolları İdarəsi və Gömrük rəhbərliyi müştərək iclas keçirib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, ötən gecə İranın Astara şəhərində dəmir yolu yükləmə terminalında baş tutan görüşdə Astara (Azərbaycan)- Astara (İran) dəmir yolu layihəsinin son vəziyyəti haqqında müzakirə aparılıb. Görüşdə İranın Astara şəhərinin meri Yunis Rənckeş, Gilan əyalətinin Gömrüyə nəzarət idarəsinin rəhbəri Əbulqsilm Yusifinejad və Azərbaycanın Dəmir Yolları Cəmiyyətinin nümayəndələri iştirak edib.
Astara şəhərinin meri Y.Rənckeş Astara-Astara dəmir yolu layihəsinin önəmindən danışıb: "Bu layihənin icrası üçün ölkə iqtisadiyyatının inkişafına dəstək məqsədilə Astara şəhərində layihənin qarşısında olan bütün maneələrin aradan qaldırılmasına yardım etməyə hazırıq".
O bildirib ki, İran hökuməti bu layihənin icrasını dəstəkləyir: "Buna baxmayaraq bəzi kiçik problemlər qalmaqdadır və dövlət orqanları arasında koordinasiya yoxdur. Bu Astara şəhəri üçün də nəqliyyatın hərəkətində bəzi problemlər yaradır. Ümid edirik ki, tezliklə problemlər öz həllini tapacaq".
Azərbaycan Dəmir Yolları İdarəsinin nümayəndəsi isə bildirib ki, Astara-Astara dəmir yolu xətinin Rəzvin-Rəşt dəmir yoluna birləşməsi Şimal-Cənub dəhlizinin əhəmiyyətini artıracaq: "Hazırda Astara–Astara beynəlxalq dəmir yolu vasitəsilə yüklərin daşınması üçün müraciətlərin sayı artıb. Çalışırıq ki, İran dövlətinin əməkdaşlığı ilə həm yük terminalının, həm də dəmir yolunun təkmilləşməsi işlərini sürətləndirək.”
O bildirib ki, Azərbaycan Astara-Astara dəmir yolunun təkmilləşdirilməsi istiqamətində öhdəliyini qısa zamanda yerinə yetirməyə çalışır.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












