Astara-Rəşt dəmir yolunun tikintisi “Şimal-Cənub” layihəsinin cəlbediciliyini artıracaq

Astara-Rəşt dəmir yolunun tikintisi “Şimal-Cənub” layihəsinin cəlbediciliyini artırmağa kömək edəcək. Bunu Trend-ə “RJD Logistika” şirkətinin baş direktorunun birinci müavini Eduard Alırzayev deyib. E.Alırzayev bildirib: “Yəqin ki, “Şimal-Cənub” layihəsinin qarşısında dayanan əsas maneə Astara-Rəşt dəmir yolu sahəsidir. Burada yükləri dəmiryolu nəqliyyatından avtomobil nəqliyyatına keçirmək lazım gəlir. Bu isə daşınma müddətinin artmasına və nəql olunan yüklərin nomenklaturasının azalmasına gətirib çıxarır”.
E.Alırzayevin sözlərinə görə, həmin sahənin istifadəyə verilməsi layihənin inkişafında müsbət rol oynayacaq:
“Daşınmaların müddətini və dəyərini azaltmaq mümkün olacaq. Sirr deyil ki, quru yolla yük daşımaları dəniz daşımalarından baha başa gəlir. Bununla belə, prioritet malların çatdırılma müddətidir. “Şimal-Cənub” layihəsi tam gücü ilə işə düşdükdən sonra yük daşıyıcıları bu marşrutun dəniz daşımalarından üstünlüyünü görəcəklər”.
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI










